Türkiyə

Gecəni küçədə keçirdilər - FOTO

11 Avqust 2025 09:45
Baxış: 564
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xəbər verdiyimiz kimi, Balıkəsirin Sındırgı rayonunda avqustun 10-da saat 19:53-də 6,1 bal gücündə zəlzələ baş verib. Son 10 ilin ən güclü təkanı İstanbul, İzmir, Manisa, Bursa, Aydın, Muğla, Yalova, Əskişəhər və Ankarada da hiss olunub. Sakinlər arasında böyük təşviş yaranıb, bəzi evlərə ziyan dəyib.

Milli.Az xəbər verir ki, artçı təkanların davam etdiyi rayon və ətraf ərazilərdə bir çox sakin gecəni küçələrdə, avtomobillərində və ya gətirdikləri yorğan-yastıqlarla stul və skamyalar üzərində keçiriblər.

Qeyd edək ki, Sındırgı Bələdiyyə Başçısı Serkan Sak ən çox zərər görən Gölcük, Alacakde və Kızılğda kəndlərində təmir və bərpa işlərinin aparılacağını, təcili sökülməsi lazım olan binaların tez bir zamanda boşaldılacağını açıqlayıb.

Rəsmi qurumlar əhalini ehtiyatlı olmağa, artçı təkanlar səbəbilə zərər görmüş binalara daxil olmamağa çağırır.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.