Ölkə

Bu gün ali məktəblərə ixtisas seçimi başlayır

11 Avqust 2025 09:19
Baxış: 440
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi bu gün başlayır.

Milli.Az xəbər verir ki, Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi bütün ixtisas qrupları üzrə 2025‑ci il avqustun 11-dən 19-dək olan müddətdə aparılacaq.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 6 iyul 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının nəticəsi 17 iyulda, I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 13 iyul 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının nəticəsi isə 24 iyulda elan edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.