Türkiyə

Türkiyədə məktəblər bağlandı

6 Fevral 2025 11:35
Baxış: 2 089
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyədə bir çox əyalətlərdə təhsil bir günlük dayandırılıb.

Milli.Az Türkiyə mətbuata istinadən xəbər verir ki, Türkiyənin əksər hissəsində qar və çovğun səbəbindən ölkə daxilində bir çox yollar bağlanıb. Bu səbəbdən bir çox şəhər və rayonlarda təhsil bir günlük dayandırılıb.

Qar yağışının təsirli olduğu Adana, Gümüşhane, Ordu, Nevşehir, Sivas, Kayseri, Konya, Niğde, Trabzon, Düzce, Giresun, Sinop, Zonguldak, Samsun, Kocaeli, Elazığ, Bolu, Yalova, Sakarya və Hakkarinin bəzi rayonlarında məktəblər bağlanıb.

Meteorologiya Ümumi Müdirliyinin xəbərdarlıqlarının ardından ölkə daxilində qar öz təsirini göstərməkdə davam edir.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.