“Türkiyənin bu münasibətini heç vaxt unutmayacağıq ”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Biz Suriyaya terrorla mübarizədə lazımi dəstəyi verməyə hazırıq".
Milli.Az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Ərdoğan Ankarada Suriya lideri Əhməd əl-Şaraa ilə keçirdiyi birgə mətbuat konfransı zamanı bildirib.
"Bu kritik mərhələdə, Suriyanın idarəçiliyinin suriyalıların iradəsini əks etdirəcək şəkildə daha əhatəli və birləşdirici olması vacibdir. Humanitar yardımlarla yanaşı, Suriyanın dağıdılmış şəhərlərinin və əsas infrastrukturunun yenidən qurulması üçün lazım olan dəstəyi verməyə hazırıq." deyə o, deyib.
"Suriyanın iqtisadi inkişafı sürətləndikcə, könüllü geri dönüşlər də artacaq. Bununla yanaşı, Suriyaya tətbiq edilən beynəlxalq sanksiyalar, ölkənin iqtisadi və infrastruktur baxımından ayağa qalxmasının qarşısında ciddi maneələr yaradır. Keçmiş rejimi hədəf alan bu sanksiyaların aradan qaldırılması üçün apardığımız səylər nəticəsində müəyyən yumşalmalar əldə olunub. Lakin tam nəticə əldə edilənə qədər bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik."
"Türkiyə ilə hər sahədə dərin strateji tərəfdaşlıq"
Suriya Prezidenti Əhməd Şara, iki xalq arasında tarixi və güclü əlaqələrin mövcud olduğunu və bu bağların nəsillər boyu davam edəcəyinə inandıqlarını vurğulayaraq bunları deyib:
"Eyni zamanda, bu əlaqələri hər sahədə dərin strateji tərəfdaşlığa çevirmək əzmimizi bir daha ifadə edirik. Bu çərçivədə, humanitar, iqtisadi, mədəni və sosial sahələrdə birgə əməkdaşlıq prosesini başlamışıq."
"Bölgədəki təhlükəsizlik təhdidləri ilə mübarizə aparmaq üçün ortaq strategiya yaratmaqla yanaşı, digər böyük strateji məsələlər üzərində birlikdə işləyirik. Bu səylər, Suriya və Türkiyə üçün davamlı təhlükəsizlik və sabitlik təmin etməyi hədəfləyir."
"Görüş zamanı Suriyanın şimal-şərqində ölkənin ərazi bütövlüyünü təhdid edən amilləri müzakirə etdik. İsrailin Suriyanın cənubundakı tampon zonadan çəkilməsi və 1974-cü ildə imzalanmış müqavilənin yenidən qüvvəyə minməsi üçün beynəlxalq təzyiqin vacibliyini dəyərləndirdik."
"Eyni zamanda, iqtisadi inkişafı dəstəkləmək və daha yaxşı gələcək qurmaq məqsədilə, xüsusilə infrastrukturun yenilənməsi sahəsində, iki ölkə arasında ticarət və investisiya əməkdaşlığını gücləndirəcəyik."
Əhməd Şara, dəvəti və görüşlər zamanı hiss etdikləri müsbət atmosfer üçün Ərdoğana təşəkkür edərək, onun bölgədə sabitlik və təhlükəsizliyin təmin olunması üçün keçid prosesində göstərdiyi səyləri yüksək qiymətləndirdiyini bildirib.
Şara, Ərdoğanı ən qısa zamanda Suriyaya rəsmi səfərə dəvət etməkdən böyük şərəf duyduğunu vurğulayıb.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Kozinoğlunun müəmmalı ölümü: Türkiyədə sabiq jurnalist həbs olundu
-
Afra Saraçoğlu hava limanında saxlanıldı
-
Narkotikə görə saxlanılan Melis Sezenin aylıq gəliri üzə çıxdı - (Foto)
-
Ərdoğan ABŞ-yə getdi
-
Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü
-
140 min manatlıq qızılı tapdı, görün nə etdi - (Video)
XƏBƏR LENTİ
-
Sabah bu ərazilərdə işıq olmayacaq
-
Nikolas Keycin son halı - (Foto)
-
Evdə yoxsa şarj stansiyasında? Elektrikli avtomobillərin yürüşü və qiymətində kəskin fərq - (Video)
-
Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu - (Foto)
-
Məhəmməd Salah sürücülük hüququndan məhrum edildi
-
"Qəbzi deyil, hesabınızı yoxlayın": Vətəndaşları aldadan yeni dələduzluq üsulu
-
“Ömer Baba”: “Şaşmaz qardaşları dürüst adamlar deyil”
-
Xətai, Ağdaş və Yevlaxda qaz olmayacaq - Yenilənib
-
Kozinoğlunun müəmmalı ölümü: Türkiyədə sabiq jurnalist həbs olundu
-
Serdar Ortaç vəsiyyətini açıqladı
-
“Elmlər”də axşam saatlarında avtobus böhranı - (Video)
-
Oğuzhan Koç onu konsertindən qovdu - (Video)
-
Abşeronda məktəb bağlandı: "Əvvəllər həmin bina çay evi kimi fəaliyyət göstərib"
-
“Turan Tovuz” – “Fənərbağça” oyununun vaxtı açıqlanıb
-
Səhhəti ağırlaşan Firuzə İbadovanın son vəziyyəti açıqlandı
-
“Sabah”ın Bakıdakı oyunlarının bilet qiymətləri açıqlandı - 35-dən 285-ə qədər...
-
Milli Məclisin İnsan hüquqları komitəsində payız sessiyasının ilk iclası keçirilib - (Foto)
-
"Amerikada bir ay konsert verdik, 100 dollar pul verdilər" - Alim Qasımovla müsahibə
-
Federiko Valverde zədələndi
-
“Ana olmaq istəyirəm” - Dakota Conson
-
Nərimanovda binadakı yanğın söndürülüb - Yenilənib - (Video)
-
Xəzərdə zəlzələ olub
-
Ramil Vəlibəyov vəzifəsindən azad olundu
-
Bakıda marketdə arvadını döyən şəxs həbs olundu - (Video)





