Türkiyə

Ərdoğan 29 yüksək vəzifəli məmuru vəzifədən azad edib

25 Yanvar 2025 14:18
Baxış: 981
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qərar imzalayıb.

Milli.Az xəbər verir ki, qərara əsasən,  Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyində 29 yüksək səviyyəli rəhbər vəzifəsindən azad edilib. Eyni zamanda, nazirlikdə ümumilikdə 70 yeni təyinat həyata keçirilib.

Qərara əsasən, Nuri Kaya Bakkalbaşı Türkiyənin Nikaraquadakı səfiri təyin edilib. Dövlət Opera və Baleti Baş direktorunun müavini Arzu Kalkan vəzifəsindən azad olunub. Mədəniyyət və Turizm Nazirliyində bir sıra yeni təyinatlar gerçəkləşib - Betül Kiminsu Kitabxanalar və Nəşrlər Baş direktorunun müavini, Cennet Ceylan isə Mədəni İrs və Muzeylər Baş direktorunun müavini təyin edilib.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.