Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı terrorçulara növbəti dəfə xəbərdarlıq edib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu barədə Mersin vilayətindəki çıxışında deyib.
"Terrorçular çağırışlarımıza əməl etməsələr, uğurlu əməliyyatlarımız nəticəsində məsələni özümüz həll edərik. Artıq regionun gələcəyini bölgənin qədim xalqları müəyyənləşdirəcək", - Türkiyə lideri bildirib.
Ərdoğan vurğulayıb ki, regiondakı yüzillik oyun pozulub: "Bölgəmizdə qardaşlıq, sabitlik təmin olunur".
Prezidentin sözlərinə görə, rəsmi Ankara Suriyada yeni ssenarilərin qarşısını almaqda israrlıdır: "Suriyanın üçdəbir hissəsini işğal edən YPG terror təşkilatına qarşı heç bir tolerantlığımız yoxdur. Yaxın gələcəkdə təşkilatın mövcudluğuna tamamilə son qoymaq üçün addımlar atacağıq".
Milli.Az