Türkiyə

25 yaşlı mühəndisin müəmmalı ÖLÜMÜ: İnternetdə bu barədə məlumat axtarıbmış... - FOTO

12 Yanvar 2025 10:44
Baxış: 753
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Roketsan" mühəndisi Yusuf Serdar Yücelin ölümünün arxasındakı suallara yenisi əlavə edilib.

Milli.Az Türkiyə mediasına istinadən xəbər verir ki, 25 yaşlı mühəndisin mobil telefonunu yoxlama zamanı məlum olub ki, o, ölümündən bir müddət əvvəl internetdə "həyat sonlandırma üsulları" və "qısa zamanda ölümə səbəb ola biləcək maddələr" haqqında araşdırmalar aparırmış.

"Roketsan"da proqram mühəndisi işləyən və günlərdir ondan xəbər alınmayan 25 yaşlı Yusuf Serdar Yücel yanvarın 3-də Ankaranın Yenimahalle qəsəbəsindəki evində ölü tapılıb. Araşdırmalar zamanı məlum olub ki, gənc mühəndis natrium nitrat içib.

Bildirilib ki, Yücelin cansız bədəninə baxış zamanı döyülmə və ya buna bənzər hər hansı əlamət aşkar edilməyib. Qətl izi olmadığı və sözügedən evə heç bir məcburi girişin olmadığı bildirilib.

ATASI "ÖLDÜRÜLDÜ" DEDİ

Gənc mühəndisin təqaüdçü polis atası Ahmet Yücel oğlunun cəsədini xəstəxanada keçmiş həmkarları ilə birlikdə müayinə etdiyini bildirib. Ahmet Yücel "Gördüyümüz izlərdən hesab edirik ki, oğlumu diz çökdürüblər və boynuna silahla zərərsizləşdirdilər, sonra isə torba ilə boğularaq bir maddə ilə zəhərlədilər. Üzərində ləkələr var idi. Üzü və çiyinlərindəki təzyiq izləri, sağ ayağı və sağ əli hadisənin baş verdiyi yeri göstərdi. Bu prosesdə rəsmi orqanlardan dəstək ala bilmirəm, oğlumun ölümü ilə bağlı dezinformasiya və sübutları gizlətmək cəhdlərindən şikayətlənirəm" deyib. 

Musa 
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.