Ərdoğan Blinkenlə bunları danışdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
08:02
Prezident Rəcəb Tayyib Ərdoğan, ABŞ Dövlət katibi Antoni Blinken ilə Esenboğa Hava Limanında görüş keçirib.
Milli.Az xəbər verir ki, görüşə Türkiyə xarici işlər naziri Hakan Fidan, Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fahrettin Altun, Prezidentin Xarici Siyasət və Təhlükəsizlik üzrə Baş müşaviri Akif Çağatay Kılıç və Prezidentin xüsusi katibi Hasan Doğan da qoşulub.
Görüşdə Türkiyə-ABŞ ikitərəfli münasibətləri, Suriyadakı son hadisələr, qlobal və regional mövzular müzakirə olunub.
Prezident Ərdoğan, Türkiyə-ABŞ əlaqələrinin hər sahədə inkişaf etdirilməsi üçün göstərilən səylərin yeni dövrdə də davam etdiriləcəyini ifadə edib.
Suriyadakı vəziyyət və Türkiyənin mövqeyi
Ərdoğan bildirdi ki, Türkiyə ilk gündən etibarən Suriyanın ərazi bütövlüyünün, birliyinin və unitar strukturunun qorunmasının tərəfdarı olub. O, Suriyadakı qurumların yenidən bərpası və ölkənin dirçəldilməsi üçün beynəlxalq cəmiyyətin birlikdə işləməsinin vacibliyini vurğulayıb.
Prezident, Türkiyə üçün təhlükə yaradan PKK/PYD/YPG və DEAŞ başda olmaqla bütün terror təşkilatlarına qarşı qabaqlayıcı tədbirlər görüləcəyini bəyan edib.
ABŞ-ın mövqeyi
ABŞ Dövlət Departamentindən verilən açıqlamada, Blinken-in Türkiyə ilə güclü regional əməkdaşlıq və Suriyalılara aid, hesablı və inklüziv bir hökumətə keçidi dəstəkləmə məsələlərini müzakirə etdiyi bildirilib.
Görüşdə bütün aktorların insan hüquqlarına hörmət etməsi, beynəlxalq humanitar hüquqa riayət olunması və mülki şəxslər, azlıq qruplara mənsub insanlar üçün qoruma tədbirlərinin görülməsi vacibliyi vurğulanıb.
O, Qəzzədə atəşkəs razılaşmasının təcili imzalanmasının da vacibliyinin vurğulayıb.
--------
00:11
ABŞ dövlət katibi Entoni Blinken Türkiyədə səfərdədir.
Milli.Az APA-ya istinadən bildirir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Ankaraya gələn ABŞ dövlət katibini Esenboğa hava limanında qəbul edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İstanbul küçələrində şir peyda oldu – Sakinlər təşvişə düşdü - (Video)
-
"Yakışıklı Mısırcı" bir neçə saniyədə 21 min manatlıq hədiyyə qazandı
-
Türkiyəli aktyor çəkiliş zamanı yaralandı, əməliyyat oldu - (Foto)
-
Türkiyə dünyada ilkə imza atdı: "Kızılelma" silahlanmaya daxil oldu
-
Türkiyəli müğənni 10 il həbs oluna bilər
-
İmamoğlu da daxil olmaqla 9 nəfərə həbs cəzası verilib
XƏBƏR LENTİ
-
İnterpol iki azərbaycanlı qadını axtarır
-
Sabiq vəzifəli şəxs vəfat etdi
-
Dünyadakı "Barselona" azarkeşləri Bakıda görüşəcək
-
Sabunçuda “Chevrolet” yandı
-
Prodüser Elmir Məhərrəmovun meyiti tapıldı
-
Qızıl bahalaşdı
-
Ada Süleymanova ilə qəzada faciəli şəkildə ölən Anar Kərimovun (Fotoları)
-
Ada Süleymanın öldüyü qəzanın təfərrüatı - Yenilənib
-
UEFA “Sabah”ın futbolçusunu diskvalifkasiya etdi
-
“By Fateh Gənclik” restoranının fəaliyyəti məhdudlaşdırıldı
-
Fürsətçi…- Yunus Oğuz yazır
-
Qatarlara daş atanlarla bağlı rəqəmlər açıqlandı - Əksəriyyəti azyaşlılardır
-
Xətai rayonunda ağac və kollar məhv edildi - 3360 manat ziyan
-
Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?
-
Yuxular qeydə alınacaq - Film kimi izləyəyəcəyik
-
Salyanda “Aşxana” adlı kafedə nöqsanlar aşkarlanıb
-
Sabah bu ərazilərdə külək güclənəcək
-
Fermerlərə subsidiyaların ödənilməsinə başlanıldı
-
Melis Sezenin buz meydançasındakı geyimi – Libasını tərs geyinib? - (Video)
-
Toy karvanında avtoşluq edən sürücü həbs edildi
-
82 yaşlı türk aktrisa: "Özümü gözəl hesab etmirəm"
-
Azərbaycanda qızılca və suçiçəyi yayılıb? - Son vəziyyət
-
Prezident İlham Əliyev Donald Trampa təşəkkür edib
-
Polkovnik-leytenant “BakuBus”da sürücü işləyir (Video)





