Türkiyə

İki qızı öldürən Semih Çeliyi tərifləyənlər saxlanıldı - FOTO

12 Oktyabr 2024 18:06
Baxış: 1 081
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə 19 yaşlı iki qızı vəhşicəsinə öldürərək intihar edən Semih Çeliyin tərəfdarı saxlanılıb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, onun sosial şəbəkələrdə qatilin hərəkətlərinə tərif paylaşımları etdiyi müəyyən olunub.

Daha sonra İstanbul Təhlükəsizlik Müdirliyi həmin paylaşımları izləməyə alıb.

Təqibindən sonra "Cinayət və cinayətkarlığı tərifləyən" bir sosial media istifadəçisi tərəfindən edilən yazılara istintaq başladılıb.

Şübhəli polis bölməsində istintaqa cəlb olunduqdan sonra "ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək və ya alçaltmaq", "cinayəti və cinayətkarı tərifləmək" və "asayişi və əmin-amanlığı pozmaq" ittihamları ilə həbs edilərək məhkəməyə göndərilib. Oradan da həbs edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.