Türkiyə limanları 30 milyon tondan çox yük qəbul edib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2024-cü ilin sentyabr ayında Türkiyə limanları 30 milyon 878 min 569 ton yük qəbul edib.
Milli.Az xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 710 min 506 ton təşkil edib.
"Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 28 milyon 168 min 63 ton olub", - deyə nazirlikdən bildirilib.
Bununla yanaşı, 2024-cü ilin sentyabr ayında Türkiyə limanlarından 5 milyon 293 min 766 ton transit yük daşınıb.
Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar- sentyabr aylarında Türkiyə limanları 298 milyon 687 min 329 ton yük qəbul edib.
"Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 22 milyon 618 min 850 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 276 milyon 68 min 479 ton təşkil edib", - deyə məlumatda qeyd edilib.
Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyə limanlarından 51 milyon 825 min 408 ton transit yük daşınıb.
Qeyd edək ki, bu ilin sentyabr ayında Türkiyə limanları 5 min 466 gəmi qəbul edib.
Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 174, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 292 olub.
2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyə limanları 46 min 314 gəmi qəbul edib.
"Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 16 min 183, Türkiyə bayrağı altında olan gəmilər isə 30 min 131 olub", - deyə nazirlikdən bildirilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ayın 5-də yağış yağacaq - Proqnoz
-
Samux rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş "Ey hörmətli Müəllim...!" adlı tədbir keçirilib - (Foto)
-
Azərbaycan Meksikanın Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub - (Foto)
-
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - (Video)
-
"20 ildir millidəyəm, ilk dəfədir utanıram"
-
Avropa çempionatının ikinci günü 5 boksçumuz rinqə çıxacaq
-
Braziliyada prezident seçkiləri keçirilir
-
Merts Ukraynaya elan olunmamış səfər etdi
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bu bölgəyə 20 sm qar yağdı
-
Kamaləddin Qafarov: YAP yeni məsuliyyət mərhələsindədir
-
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
-
Şəfəq qəsəbəsində yaşayış binasında partlayış -Yaralanan var
-
Rusiya ordusunun Ukraynada itkiləri açıqlandı
-
“Neftçi” və “Spartak” 75 ildən sonra yenidən üz-üzə gələcək
-
Bu uşaqlara qəhvə qəti verilməməlidir
-
700 min insan onu görməyə getdi
-
ABŞ-də 6 nəfərin olduğu təyyarə yoxa çıxdı - Qalıqları tapıldı
-
Ucarda ağır qəza - Ölən var
-
Dünya bazarında neft ucuzlaşdı
-
Üzüstü, arxasıüstə, yoxsa böyrü üstə? Ən sağlam yuxu pozisiyası bəlli oldu
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi - (Video)
-
Bu 4 qida aluminium folqanı çürüdür





