Narinin ölümündəki müəmma: Büküldüyü adyal kimə aiddir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyənin Diyarbəkir vilayətində avqustun 21-də yoxa çıxan və 19 gün sonra kənd yaxınlığındakı dərə yatağında çuvalın içində meyiti tapılan 8 yaşlı Narin Güranın istintaqı davam edir.
İstintaq zamanı Narinin qətlində əsas şübhəli olan əmisi Salim Güranın vəkili Seda Toğrul onun müdafiəsinə davam etməyəcəyini və bu işdə onun vəkili olmaqdan imtina etdiyini açıqlayıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Narinin əmisi və eyni zamanda məhəllə muxtarı olan Salim Güran uşağın qətlində əsas şübhəli olaraq qalır.
"İctimaiyyət tərəfindən yaxından izlənilən Narin Güran hadisəsi hamımızı dərindən kədərləndirib. Hadisə ilə bağlı heç bir konkret dəlil olmadığı, Narinin sağ olub-olmadığı belə məlum olmadığı zamanda şübhəli Salim Güran həbs olunarkən konstitusiyanın verdiyi müdafiə hüququ çərçivəsində onun müdafiəsini öz üzərimə götürmüşdüm. Lakin işin hazırkı mərhələsində müttəhimlərin ifadələrini, Narinin ölü olaraq tapıldığını və digər sübutları da nəzərə alaraq, bir ana kimi Salim Güranın müdafiəsinə davam edə bilməyəcəyəm və bu işdən geri çəkilirəm. Gözəl qızımız Narinin yaşadıqlarının dərin kədərini və ağrısını bir ana olaraq ürəyimdə hiss edirəm. Bundan sonra müdafiəçi kimi yox, bir ana və vətəndaş olaraq bu işi yaxından izləyəcəyəm. Ümid edirəm ki, ədalətli mühakimə həyata keçiriləcək və bütün günahkarlar cinayət məsuliyyətinə cəlb olunacaqlar", - deyə Seda Toğrul bildirib.
Qeyd edək ki, Narin Güranın qətlinin üstü hələ tam olaraq açılmasa da, meyitin dərə yatağında gizlədilməsində Salim Gürana kömək edən və həbs olunan Nevzat Bahtiyar adlı şəxsin ifadəsində işlətdiyi söz diqqət çəkib.
Nevzat Bahtiyar Narinin əmisinin meyiti adyala büküldüyü halda gətirdiyini, sonra adyalı özü ilə apardığını bildirmişdi. Həmin adyalın hansı evə aid olduğu və üzərində aşkarlanacaq DNT nümunələri isə qətlə aydınlıq gətirəcək.
Bahtiyarın sözlərinə görə, Narini çuvalın içinə yerləşdirdikdən sonra adyalı Salim Güranın maşınının ön oturacağına qoyub. O, adyalın bir nəfərlik olduğunu, lakin rənglərini xatırlamadığını bildirib. Hazırda Narinin meyitinin büküldüyü adyalın kimə aid olduğu, hara aparıldığı və hansı evdən çıxdığı ilə bağlı araşdırmalara başlanılıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Türkiyədə 9-cu sinif şagirdi hadisəni “qız məsələsi”nə görə törədibmiş - Təfərrüat
-
Türkiyədə liseyə silahlı hücumda yaralananların sayı artıb - (Yenilənib)
-
Türkiyədə məktəbə silahlı hücum edən şəxsin görüntüləri ortaya çıxdı - (Video)
-
Afra Saraçoğlu sərbəst buraxıldı - Yenilənib
-
Kozinoğlunun müəmmalı ölümü: Türkiyədə sabiq jurnalist həbs olundu
-
Narkotikə görə saxlanılan Melis Sezenin aylıq gəliri üzə çıxdı - (Foto)
XƏBƏR LENTİ
-
Avtomobillərin katalizatorlarını baha edən nədir? - (Video)
-
Eşq iddialarından sonra belə görüntüləndilər - (Foto)
-
6 yaşlı çinli uşaq rekord qırdı - (Video)
-
Ulduzların iş yerində başlayan eşqləri
-
Erlinq İnternetdə viral olan videosunu təkrarladı - (Video)
-
Ceyhun Bayramov Əraqçi ilə görüşdü
-
Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi - Yenilənib
-
Bu gün bəzi rayonlarda işıq olmayacaq - Yenilənib
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - (Video)
-
“Kuba tamamilə iflas etmiş bir dövlətdir” - Tramp
-
Günün qoroskopu: Səbrinizi sınayacaq bir vəziyyətlə qarşılaşa bilərsiniz
-
Polşa Orta Dəhlizdən qazanmaq istəyir, lakin "həm nala, həm də mıxa" vurmaq alınmayacaq
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri ilə görüşüb - (Foto)
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - (Video)
-
Tovuza dolu düşüb - (Video)
-
Elnarə Əliyeva vəfat etdi - (Foto)
-
İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş
-
Zelenski və Tramp Nyu-Yorkda görüşüb
-
Bakı qlobal təhlükəsizlik gündəminin mərkəzində: 100-dən artıq ölkə bir araya gəldi
-
“Sabah”ın gənc azarkeşi vəfat etdi - (Foto)
-
Oğuz və Şəkidə tikilən su anbarı: Torpaq sahələri üçün 471 min manatdan çox ödəniş nəzərdə tutulur
-
İsmət Cəfərova yüksək vəzifə verildi
-
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə edildi - (Foto)
-
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı





