Türkiyə

Narin dəfn edildi - Yenilənib - FOTO

9 Sentyabr 2024 13:22
Baxış: 4 708
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

13:22

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Narin Güranın cənazəsi ekspertizadan sonra ailəsinə təhvil verilib. 

8 yaşlı Narin Tavşantepe qəbiristanlığında dəfn edilib. 

2024.09.08
---------------

Türkiyənin Diyarbəkir şəhərində 19 gündür itkin düşən 8 yaşlı Narin Güranın meyiti Tavşantəpə kəndi ərazisində tapılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə hesabında paylaşım edib.

"Təəssüflər olsun ki, Diyarbəkirin Bağlar mahalının Tavşantepe kəndində itən qızımız Narinin cansız bədəni Axtarış xilasetmə qruplarımız tərəfindən tapılıb. Narin qızımıza Allahdan rəhmət, ailəsinə başsağlığı veririk" ,- nazir qeyd edib.

Xatırladaq ki, Narin Gürənin rezonans yaradan işində istintaq çərçivəsində əvvəl onun qardaşı, daha sonra əmisi saxlanılıb.

Qolundakı diş izlərinə görə şübhəli bilinən qardaş artıq sərbəst buraxılıb.

Azyaşlının əmisi, həm də Tavşantəpə kəndinin muxtarı olan Sami Güran isə hələ də şübhəlilər sırasındadır. O, həbs tələbi ilə məhkəməyə göndərilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.