Türkiyə

Türkiyə Təhlükəsizlik Şurası toplanır - Gündəmdə bu məsələ var

25 İyul 2024 09:57
Baxış: 867
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

Milli.Az report-a istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasın əsas mövzularından biri Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması olacaq.

Həmçinin, Yunanıstanla münasibətlər, Şərqi Avropada və Yaxın Şərqdə davam edən müharibələr, terrorla mübarizə barədə də fikir mübadiləsi aparılacaq.

Eyni zamanda, Suriya ilə münasibətlərin normallaşması məsələsi də gündəlikdə olacaq.

Qeyd olunub ki, iclas çərçivəsində PKK, İŞİD kimi terror təşkilatlarına qarşı mübarizədəki son durum barədə dövlət başçısına məlumat veriləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.