Tarixi saray muzey kimi istifadəyə verildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İstanbulda Osmanlı imperiyası dövrünə aid tarixi "Ulduz sarayı" (Yıldız sarayı) muzey kimi yenidən istifadəyə verilib.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, muzey-kompleksin açılış mərasimində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Ulduz sarayı"nın İstanbulun rəmzlərindən biri olduğunu bildirib.
O, bu gündən etibarən qapılarını xalqın və dünyanın müxtəlif bölgələrindən gələn qonaqlar üçün açan bu sarayın bərpası ilə İstanbulun tarixi, mədəni və turizm baxımından cəlbediciliyini daha da artacağına inamını ifadə edib.
Qeyd edək ki, İstanbulun üç ən böyük sarayından biri olan "Ulduz sarayı" Osmanlı imperiyası dövründə fəaliyyət göstərmiş nadir tarixi tikililərdən biridir. Yüz ildir ziyarətçi qəbul etməyən saray altı ilə yaxın davam edən bərpa işlərindən sonra bu gün muzey kimi fəaliyyətə başlayıb.
Prezident Rəcəb Tayyib Ərdoğanın təlimatına əsasən, Türkiyənin Milli Saraylar Baş İdarəsi tərəfindən yenidən qurulan tarixi tikilinin "Böyük Mabeyn Köşkü", "Çit Köşkü", "Kiçik Mabeyn Köşkü" və "Hərəm Otağı" kimi bir çox hissəsi ziyarətə ilk dəfə açılacaq.
Burada Osmanlı imperiyasının 34-cü sultanı II Əbdülhəmidin həyatına və şəxsiyyətinə, 33 illik hökmdarlıq dövrünə aid əsərlər ilk dəfə nümayiş olunacaq. Avropanın, eləcə də Yaxın Şərqin ən böyük kitabxanasına və dülgərlik dükanına malik tikilidə "Ulduz albomları"ndan seçilən fotoşəkillər də ilk dəfə tarix və sənətsevərlərin ixtiyarına veriləcək.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Dövlət Opera və Balet Teatrının təqdimatında Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı keçirilib - (Foto)
-
Nisyə mal satanlara yeni tələb qoyulur - Bu gündən
-
Azərbaycan Dövlət Uşaq Filarmoniyası Zəfər Gününü təntənə ilə qeyd edib - (Foto)
-
Dünyanın ən varlı musiqiçiləri kimlərdir?
-
Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb – şəhərlə xüsusi bağlılıq - (Foto)
-
Qubada ağır qəza - Ölən və yaralananlar var
-
Haaland “Qızıl oyunçu” oldu
-
Bu həftə ən çox qazanacaq bürclər
-
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
-
Joze Mourinyo La Liqanın ən yaxşı məşqçisi seçildi
-
Saatlarla oturanların diqqətinə
-
Təzyiqi aşağı salan 5 əsas qida
-
Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
-
Evdə stress yaradan 5 şey
-
"Mercedes"də orta güzgünü ön şüşə əvəzləyəcək - YENİ TEXNOLOGİYA
-
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
-
Əməliyyatı illərlə cərrah yox, xadimə edib – Özəl xəstəxanada qalmaqal
-
Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
-
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
-
Günəşdə XXI əsrin rekordu təkrarlandı
-
Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı
-
Türkiyədə yeni neft yataqları tapıldı
-
Qarabağda genişmiqyaslı bərpa işləri davam edir - Ərdoğan
-
Varlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı





