Türkiyə

Türkiyə səfiri Almaniya XİN-ə çağırıldı

4 İyul 2024 15:29
Baxış: 1 188
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə səfiri Ahmet Başar Şen Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə nazirlik rəsmi məlumat yayıb.

Səfirə Türkiyə yığmasının futbolçusu Merih Demiralın Avstriya ilə matç zamanı bozqurd işarəsi göstərdiyinə dair irad bildirilib.

Qeyd edək ki, insident iyulun 2-də Futbol üzrə Avropa Çempionatının 1/8 final mərhələsində yaşanıb. Bundan sonra Almaniyanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

"Der Spiegel" onu da yazıb ki, hazırda Almaniyada "Bozqurd" təşkilatının 18 500 nəfərədək üzvü var. Onun fəaliyyəti qadağan edilməsə də, müvafiq qurumların mütəmadi nəzarəti altındadır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.