Türkiyə

Türkiyədə tarixi bina yanır - FOTOlar

20 Aprel 2024 12:36
Baxış: 534
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Kırklareli şəhərində tarixi binada yanğın başlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, şəhərin Karakaş məhəlləsində yerləşən və kafe kimi istifadə edilən iki mərtəbəli bina Osmanlı dövrünə aiddir.

Yanan tikilinin yaxınlığında yerləşən dörd mərtəbəli yaşayış binasının sakinləri təxliyə olunub.
Yanğına müdaxilə davam edir.

Kırklareli valisi Birol Ekici, Bələdiyyə sədri Derya Bulut və bölgənin jandarm komandanı, polkovnik Cemalettin Akyüz hadisə yerindədirlər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.