Türkiyə

Taksi sürücüsünü amansız şəkildə qətlə yetirən şəxsə hökm oxundu - Türkiyəni silkələyən qətl

9 Mart 2024 10:48
Baxış: 962
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin İzmir şəhərində taksi sürücüsü Oğuz Ergeni 3 güllə ilə öldürən Delil Aysalın məhkəmə prosesi keçirilib.

Milli.Az oxu24.com-a istinadən bildirir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, qərara əsasən, təqsirləndirilən şəxs Delil Aysal 17 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, fevralın 1-i O. Erge yol kənarında dayanan şəxsi soyuqda üşüməsin deyə, avtomobilinə əyləşdirib. Arxa oturacaqda oturan şəxs isə sürücüyə tapança ilə atəş açaraq onu ağır yaralayıb.

Avtomobildən düşən sərnişin güllələdiyi kişiyə "heç kimə inanmayacaqsan, dayı" deyib. Ağır yaralanan O.Erge 2 gün sonra vəfat edib. O, iki uşaq atası idi.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.