Türkiyə

Gezeravcının daxil olduğu heyətin Yerə qayıdacağı saat açıqlandı - FOTOlar

7 Fevral 2024 16:49
Baxış: 694
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin ilk astronavtı Alper Gezeravcının daxil olduğu "Axiom-3" ("Ax-3") heyətinin bu gün Ankara vaxtı ilə 17:05-də (Bakı vaxtı ilə 18:05) Yerə qayıtması gözlənilir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "SpaceX" sosial media hesabından xəbər verib.

O da bildirilir ki, astronavtların olduğu "Dragon" kosmik gəmisinin BKS-dən ayrılması eniş zonasındakı hava şəraitindən asılıdır.

Xatırladaq ki, "Ax-3" missiyası fevralın 2-də başa çatıb. Ancaq ABŞ-nin Orlando sahillərində əlverişsiz hava şəraiti ilə əlaqədar heyətin Yerə qayıtması bir neçə dəfə təxirə salınıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.