Türkiyə

Türkiyədə qarın qalınlığı 10 metri ötdü - FOTOlar

31 Yanvar 2024 10:05
Baxış: 1 096
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Hakkari vilayətinin Yüksekova rayonunda aramsız yağıntılar nəticəsində qarın qalınlığı 10 metri ötüb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Qeyd edilir ki, ölkənin şərq şəhərlərində güclü qarla əlaqədar bir sıra çətinliklər yaranıb.

Güclü qar və çovğundan sonra Yüksekovanın mərkəzindən 50 kilometr aralıda yerləşən Dağlıca kəndinə gedən yolda qar uçqunu baş verib. Bundan sonra yol gediş-gəliş üçün bağlanıb. Vilayətin aidiyyəti orqanlar tərəfindən ərazidə təmizlik işlərinə başlanılıb.

Məlumata görə, qarın yaratdığı çətinliklərə baxmayaraq, yolun açılması üçün müəyyən işlər görülür. Fövqəladə qurumların əməkdaşları qarın bağladığı yolda tunel qazaraq ərazini təmizləyirlər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.