Türkiyə

Türkiyənin kosmosa ilk səyahətindən tarixi FOTOlar

19 Yanvar 2024 11:07
Baxış: 1 101
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, Türkiyənin ilk kosmik səyahətçisi Alper Gezeravcının da olduğu SpaceX-in kosmik gəmisi kosmosa buraxılıb.

Milli.Az bakupost.az-a istinadən xəbər verir ki, Ax-3 missiyasının üzvü Gezeravcının kosmos səyahəti ABŞ-ın Florida ştatındakı Kennedy Kosmik Mərkəzindəki Launch Complex 39A-dan buraxılması ilə başladı.

Uzunluğu 70, diametri 3,7 metr və çəkisi təxminən 550 ton olan Falcon 9 raketi aşağı Yer orbitində 22 min kiloqram, geostasionar ötürmə orbitində 8 min 300 kiloqram, Marsda isə 4 min kiloqram yük daşımaq qabiliyyətinə malikdir.

Gezeravcı 14 gün ərzində İSS-də müxtəlif elmi missiyaları yerinə yetirmək üçün kosmosda xidmət edəcək.

Ax-3 missiyasına həmçinin ABŞ və İspaniyanı təmsil edən missiya lideri Michael Lopez-Alegria, İtaliya Hərbi Hava Qüvvələrindən pilot Valter Villadei və Avropa Kosmik Agentliyi adından iştirak edən isveçli Markus Wandt daxildir.

Daha əvvəl ABŞ yerli vaxtıyla yanvarın 17-də baş tutması planlaşdırılan buraxılış SpaceX tərəfindən son yoxlamaları tamamlamaq üçün bir gün təxirə salınmışdı.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.