Türkiyə

Seysmoloqdan qorxulu XƏBƏRDARLIQ: 7 baldan yuxarı zəlzələ ola bilər - VİDEO - FOTO

2 Yanvar 2024 10:30
Baxış: 2 214
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, Türkiyənin Tunceli əyalətinin Pülümür rayonunda 4,2 bal gücündə zəlzələ baş verib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, zəlzələdən sonra türkiyəli alim, seysmoloq Naci Görür sosial media platformasında açıqlamalar verib.

"Süleymanuşağı Pülümürdə (Tunceli) 4,2 bal gücündə zəlzələ olub. Bu zəlzələ bizim ən çox qorxduğumuz və diqqət çəkdiyimiz Yedisu fayında baş verdi. Bu fay qırılmağa və 7 baldan çox zəlzələ yaratmağa hazırdır", - Seysmoloq deyib.

O, bir müddətdir Tunceli və Pülümürü izlədiyini bildirib:

"Bu bölgədəki yaşayış məntəqələrinə diqqət yetirilməli və lazımi ehtiyat tədbirləri görülməlidir. Zəlzələyə davamlı şəhərlər istəyirik".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.