Türkiyə

Qəzzada atəşkəsə yalnız ABŞ mane olur - Hakan Fidan

14 Dekabr 2023 18:10
Baxış: 624
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qəzzada atəşkəsə yalnız ABŞ mane olur.

Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

"Daha əvvəl Qəzzada atəşkəs çağırışına bitərəf qalan və ya əleyhinə səs verən bir çox ölkənin Fələstinin yanında olmağa qərar verdiyini gördük. Bu, beynəlxalq ictimaiyyətin zülmə son qoymaq iradəsini açıq şəkildə nümayiş etdirir. İsraili dəstəkləyənlər bu vəziyyəti yaxşı başa düşməlidirlər. Lakin bu kifayət deyil. ABŞ-ın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlara daha çox mane olmamasını gözləyirik", - deyə o vurğulayıb.

Qeyd edək ki, 8 dekabr tarixində ABŞ BMT Təhlükəsizlik Şurasının Qəzza zolağında dərhal atəşkəsə çağıran qətnamə layihəsinə veto qoyub. Sənəd BƏƏ tərəfindən hazırlanıb və 24 saat ərzində BMT-nin 97 ölkəsi bunu dəstəklədiyini bildirib. BMT Təhlükəsizlik Şurasında səsvermə zamanı 13 ölkə lehinə səs verib, Böyük Britaniya bitərəf qalıb, ABŞ veto hüququndan istifadə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.