Türkiyə

Oğul anasını evinə çağırıb ona dəhşət yaşatdı - FOTOlar

25 Noyabr 2023 13:51
Baxış: 1 660
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Muğlada ayrıldığı ərindən oğlunu görmək üçün evinə gedən 47 yaşlı qadın içəri girdikdən sonra qapını bağlayan oğlu tərəfindən boğazından və bədəninin müxtəlif nahiyələrindən bıçaqlanıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Muğlanın Bodrum rayonunda 47 yaşlı Figen Bezmez mübahisə zamanı oğlu D.D.-nin hücumuna məruz qalıb.

Qaçmaq cəhdləri nəticəsiz qalan Figen Bezmez boğazından və bədəninin müxtəlif yerlərindən bıçaq xəsarətləri alıb. Az sonra Bezmez çətinliklə ayağa qalxaraq bağlı qapını açıb, çölə çıxıb və kömək istəyib.

Hadisə yerinə stəcili yardım briqadası gəlib. Onun həyatını xilas etmək mümkün olmayıb.

D.D. polis tərəfindən saxlanılıb. Qətllə bağlı araşdırmalar başlayıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.