Türkiyə

Özbəkistan Türkiyədən avtomobil sənayesi məhsulları idxalını artırdı

5 Sentyabr 2023 17:48
Baxış: 728
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə 2023-cü ilin yanvar-avqust aylarında Özbəkistana avtomobil sənayesi məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 24,6 faiz artıraraq, 36,9 milyon dollara çatdırıb.

Milli.Az xəbər verir ki, bu barədə TurkicWorld-əTürkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Avqust ayında Türkiyə Özbəkistana avtomobil sənayesi məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 14 faiz artıraraq, 5,3 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-avqust aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16,6 faiz artaraq, 22,8 milyard dollara çatıb.

Bu ilin avqust ayında Türkiyə 2,7 milyon dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 20,9 faiz çoxdur.

Son 12 ay ərzində (avqust 2022- avqust 2023) Türkiyə 34,2 milyard dollar məbləğində avtomobil sanayesi məhsulları ixrac edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.