Türkiyə

Türkiyə bu iddiaları təkzib etdi

24 Avqust 2023 14:56
Baxış: 696
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Milli Müdafiə Nazirliyi Liviyanın Homs hərbi dəniz limanının türklərə verilməsi ilə bağlı iddiaları təkzib edib.

Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, Liviya səlahiyyətliləri tərəfindən 5 avqust 2023-cü ildə Homs hərbi dəniz limanı ərazisində mülki əhalinin ölkədən çıxarılması qərarı verilib.

Bölgəni tərk etmək istəməyənlərdə fərqli təsəvvürlər yaratmaq məqsədilə ictimaiyyətdə, Homs hərbi dəniz limanının sözügedən hissəsinin guya türklərə verilməsi ilə bağlı əsassız iddialar irəli sürülüb.

Türkiyə Milli Müdafiə Nazirliyi bu əsassız iddiaları təkzib edib.

"Liviya səlahiyyətlilərinin verdiyi qərarın bizim fəaliyyətimizlə heç bir əlaqəsi yoxdur. Limanın boşaldılması ilə bağlı məsələdə bizim adımızdan sadəcə sui-istifadə edilib",- deyə nazirlikdən bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.