Türkiyə

Türkiyə Silahlı Qüvvələrinə yeni Baş Qərargah rəisi təyin olunub

3 Avqust 2023 17:36
Baxış: 1 188
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Silahlı Qüvvələrinə yeni Baş Qərargah rəisi təyin olunub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə qərar Ali Hərbi Şuranın (YAŞ) avqustun 3-də Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasında qəbul olunub.

Bu vəzifəyə ordu generalı Metin Gürak gətirilib. O, indiyədək İkinci Ordu Korpusunun komandanı olub.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin əvvəlki Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər iyunun 3-də milli müdafiə naziri təyin olunub.

Həmin vaxtdan Baş Qərargah rəisi vəzifəsi boş idi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.