Türkiyə

Taxıl Dəhlizi Sazişi iyul ayında yekunlaşacaq - Türkiyə MN

13 İyul 2023 13:40
Baxış: 685
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukrayna taxıl gəmilərinin Qara dəniz limanlarından keçə bilməməsi səbəbi ilə imzalanan Taxıl Dəhlizi Sazişinin müddəti 17 iyul tarixində bitəcək.

Milli.Az TurkicWorld-a istinadla xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə nazirliyinin açıqlamasında bildirilib.

Məlumat üçün bildirək ki, Qara dəniz taxıl dəhlizi müqaviləsi Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukrayna taxıl gəmilərinin Qara dəniz limanlarından keçə bilməməsi səbəbindən 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ankarada imzalanıb. 2022-ci il 19 noyabr tarixindən müqavilənin 120 gün uzadılması barədə qərar qəbul edilib.

Əlavə olaraq qeyd edək ki, Türkiyənin "taxıl dəhlizi" vasitəsilə bu günə qədər Ukrayna limanlarından 30 milyon ton taxıl ixrac edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.