Türkiyə

Yanvar-iyun aylarında Türkiyənin Çinə kimyəvi maddə ixracının həcmi açıqlanıb

12 İyul 2023 13:26
Baxış: 537
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə 2023-cü ilin yanvar-iyun aylarında Çinə kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artaraq 226,8 milyon dollara çatdırıb.

Milli.Az TurkicWorld-a istinadla xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

İyun ayında Türkiyə Çinə kimyəvi maddə ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 30,6 faiz azalaraq 24,4 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyun aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13,5 faiz azalaraq, 14,6 milyard dollara bərabər olub.

Bu ilin iyun ayında Türkiyə 2,4 milyon dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 25,3 faiz azdır.

Qeyd olunub ki , son 12 ay ərzində (iyun 2022-iyun 2023) Türkiyə 31,2 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.