Türkiyə

Yanvar-iyun aylarında Türkiyənin polad məhsulları ixracı 57 milyon dolları ötüb

6 İyul 2023 11:01
Baxış: 460
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycana polad məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz azaldaraq 57,1 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

İyun ayında Türkiyə Azərbaycana polad məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 47,8 faiz azalaraq 9,4 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyun aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 39,2 faiz azalaraq, 7,2 milyard dollara bərabər olub.

Bu ilin iyun ayında Türkiyə 1,3 milyon dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 42,1 faiz azdır.

Qeyd olunub ki , son 12 ay ərzində (iyun 2022-iyun 2023) Türkiyə 16,4 milyard dollar məbləğində polad məhsulları ixrac edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.