Türkiyə

THY "Ən dayanıqlı bayraq daşıyıcısı" mükafatına layiq görülüb

4 İyul 2023 12:41
Baxış: 645
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türk Hava Yolları "Ən dayanıqlı bayraq daşıyıcısı" mükafatına layiq görülüb.

Milli.Az TurkicWorld-a istinadla xəbər verir ki, Türk Hava Yolları, beynəlxalq maliyyə təşkilatı World Finance tərəfindən "Ən dayanıqlı bayraq daşıyıcısı" mükafatına layiq görülüb.

Mükafatla bağlı məlumat verən, Türk Hava Yolları idarə heyətinin və icraiyyə komitəsinin sədri Prof. Dr. Ahmet Bolat, bildirib ki, şirkət 2008-ci ildən bəri karbon izlərini azaltmaq üçün 100-dən çox əməliyyat optimallaşdırma layihəsi həyata keçirib. 2022-ci ildə 57 min 581 ton yanacağa qənaət edərək 181 min 379 ton istixana qazı emissiyasının qarşısını alıb.

"THY üç il ərzində rəqəmsallaşma baxımından dünyanın ilk üç hava yolu şirkətindən biri olmağı qarşısına strateji məqsəd qoyub. Şirkətimiz "2050-ci ildə Karbon Neytral Aviaşirkət" olmaq öhdəliyinə uyğun olaraq, 2022-ci ildən etibarən başladığı və iqlim dəyişikliyi ilə mübarizə planlarına daxil etdiyi dayanıqlı aviasiya yanacağından (SAF-Sustainable Aviation Fuel) istifadəsini genişləndirib", - deyə Ahmet Bolat qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.