Türkiyənin 11-ci hüquq dairəsi Kassasiya məhkəməsi onlayn taksi xidməti göstərən "Uber" şirkətinin fəaliyyətini qadağan edib.
Milli.Az APA-ya istinadən bildirir ki, İstanbul taksi sürücüləri dərnəyinin iddiası əsasında baş tutan prosesdə aşağı instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.
Məhkəmə "Uber"in qeyri-sağlam rəqabətə yol açdığını əsas gətirərək Türkiyədə fəaliyyətini qadağan edib, həmçinin ölkə ərazisindən şirkətin saytına girişi bloklayıb.
Milli.Az