Türkiyə

Kahramanmaraşda zəlzələdə zərər görən binanın sökülməsi zamanı qəza

2 İyun 2023 21:18
Baxış: 1 213
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kahramanmaraşda baş verən zəlzələlərdə ağır zədələnmiş binanın sökülməsi zamanı qəza baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 12 mərtəbəli bina sökülərkən arxasındakı 7 mərtəbəli binanın üzərinə aşıb.

Həmin anlar söküntü işlərini izləyən vətəndaşın mobil telefon kamerasına əks olunub.

Videoda hər yerin toz buludu ilə örtüldüyü və möhkəm binanın bəzi hissələrinin zədələndiyi görüntülənib.

Anbaan qeyd edilən görüntülərdə bəzi vətəndaşların qışqırması da eşidilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.