Türkiyə

"ATA ittifaqı" rəsmi olaraq fəaliyyətini bitirib

21 May 2023 20:46
Baxış: 1 403
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"ATA ittifaqı" rəsmi olaraq fəaliyyətini bitirib.

Milli.Az TurkicWorld-a istinadən xəbər verir ki, bu haqda "ATA ittifaqı" üzvü Ədalət Partiyası sədri Vecdet Öz bildirib.

""ATA ittifaqı" rəsmən başa çatdı. Hər bir tərəf istədiyi qərarı verə bilər." - deyə Vecdet Öz qeyd edib.

Xatırladaq ki, Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində, ümumilikdə, 60 milyona yaxın insan iştirak edib.

Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.

Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.