Türkiyə

Seçki prosesi çox şəffaf keçir - Türkiyəli seçici

20 May 2023 13:22
Baxış: 615
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birinci turda olduğu kimi, prezident seçkilərinin ikinci turunda da proses çox şəffaf keçir.

Bu barədə Trend-ə açıqlamasında Azərbaycanda yaşayan və ikinci tur seçki prosesində iştirak edən Türkiyə vətəndaşı deyib.

"Birinci turda da seçkidə iştirak etdim, indi də vəzifəmizi yerinə yetirməyə gəldik. Ümid edirik ki, ölkəmiz üçün ən yaxşısı olar",- deyə o əlavə edib.

Qeyd edək ki, bu gün Azərbaycandakı Türkiyə vətəndaşlarının ikinci tur prezident seçkiləri üzrə səsverməsi başlayıb.

Türkiyədəki prezident seçkilərinin ikinci turu üçün Azərbaycanda səsvermə 20-22 may tarixlərində keçirilir. Səsvermə prosesi Bakıdakı səfirlik, Gəncə və Naxçıvandakı Baş konsulluqların binalarında təşkil edilib. Seçkilərinin ikinci turu üçün səfirlikdə səsvermə prosesinin başladığı 20 may tarixində 4, mayın 21-də 4, mayın 22-də isə 1 qutu qurulacaq.

Xatırladaq ki, Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində, ümumilikdə, 60 milyona yaxın insan iştirak edib.

Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,52%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,88 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,43% səs toplayıblar.

Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.