Türkiyə

PKK-nın xüsusi təyinatlı terrorçusu zərərsizləşdirilib

5 May 2023 14:24
Baxış: 854
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında Qara ərazisində PKK terror təşkilatına qarşı antiterror əməliyyatı keçirib.

Milli.Az-ın TurkicWorld-a istinadən məlumatına görə, antiterror əməliyyatı nəticəsində PKK-nın xüsusi təyinatlı terrorçusu Firaz Zilan kod adlı Neçirvan Seven zərərsizləşdirilib.

Terrorçu İraqın şimalında həyata keçirdiyi logistik fəaliyyətləri, təşkilat üçün əhəmiyyətli elektron hissələri çatdırdığı üçün MİT-in hədəf siyahısına daxil olub.

Məlumat üçün qeyd edək ki, PKK Amerika Birləşmiş Ştatları, Kanada, Avstraliya, Kanada kimi bir çox ölkələrin terror təşkilatları siyahısındadır. Avropa Birliyi 2004-cü ildə PKK-nı terror təşkilatı kimi tanıyıb. Bundan başqa, NATO-nun müxtəlif sənədlərində və bəyanatlarında PKK terror təşkilatı kimi qeyd olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.