Şou-biznes

6-cı dəfə evlənən Erbilin sərvəti açıqlandı - Hər arvada bir ev...

14 Noyabr 2025 15:00
Baxış: 586
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Özündən 42 yaş kiçik Gülseren Ceylanla evlənməsi ilə gündəmdə olan məşhur şoumen Mehmet Ali Erbil maliyyə vəziyyəti ilə bağlı ilk dəfə danışıb.

Milli.Az xəbər verir ki, 67 yaşlı Erbil yayılan şayiələrə son qoyaraq sərvətinin düşündükdən daha böyük olduğunu bildirib və keçmiş həyat yoldaşlarına verdiyi evlərin ümumi dəyərinin 10 milyon dollar olduğunu açıqlayıb:

"İndi yaşadığım ev 10 milyon dollar dəyərindədir. Həyat yoldaşlarıma verdiyim evlər də 10 milyon dollardır" .

Erbil özü və ailəsi üçün kifayət qədər sərvəti olduğunu vurğulayıb:

"Heç vaxt işləməsəm belə, özüm, uşaqlarım və nəvələrim üçün hər şey təmin olunub. 17 yaşlı uşağım xaricdə təhsil alacaq, bunun üçün də əvvəlcədən investisiya etmişəm."

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.