Türkiyə

147 saat sonra dağıntılar altından 10 yaşlı qız sağ çıxarıldı

12 Fevral 2023 13:40
Baxış: 1 143
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Hatay bölgəsində baş verən zəlzələnin 147-ci saatında 10 yaşlı Cudi adlı qız uşağı dağıntılar altından xilas edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, Kahramanmaraşda zəlzələ nəticəsində dağılan binaların dağıntılarında axtarış-xilasetmə işləri davam edir. İşlərin hələ də davam etdiyi Hatayda ümidverici xəbərlər gəlib.

Belə ki, Zəlzələnin 147-ci saatında 10 yaşlı Cudi adlı qız dağıntılar altından xilas edilib.

Böyük ehtiyatla xərəyə qoyulan uşaq təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.