Türkiyə

Hatayda çökən binanın sütunları köpükdən düzəlibmiş - VİDEO

12 Fevral 2023 11:20
Baxış: 4 686
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kahramanmaraş zəlzələsi Türkiyədə böyük dağıntılara səbəb olub.

Milli.Az day.az-a istinadla xəbər verir ki, bu barədə "En son Haber" məlumat yayıb.

7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra 10 əyalətdə böyük dağıntılar baş verib.

Dağıntılar altında qalan vətəndaşlar üçün axtarış-xilasetmə işləri gecə-gündüz davam edir.

Hataydan bir görüntüdə zəlzələ bölgəsində tikilən bəzi binaların prosedura uyğun tikilmədiyi görünür.

Antakyanın Odabaşı məhəlləsində sökülən Süleyman Mutlu və Firuz Mutlu adlı iki binanın daşıyıcı sütunlarının möhkəm olmadığı, binanın yarısının beton, yarısının isə köpük olduğu ortaya çıxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.