Türkiyə

Zəlzələdən öncə çəkdiyi rəsm gündəm oldu - FOTO

10 Fevral 2023 11:18
Baxış: 3 536
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə fevralın 6-sı baş vermiş dağıdıcı zəlzələdən sonra dağıntılar altında aparılan axtarış-xilasetmə işləri davam edir. Çıxarıla bilən hər bir sağ insan xilasedicilərə ümid olur. Lakin bəzən dağıntılar altında axtarış apararkən təəccüb doğuran mənzərə ilə də qarışılaşırlar.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, ötən gün dağıntılar altından 8 aylıq körpəni xilas edə bilən Umut Yıldız adlı şəxs eyni zamanda, bir rəsm də tapıb. Uşaq tərəfindən çəkilən rəsmdə zəlzələ zamanı tövsiyə edilən təhlükəsizlik hərəkətləri təsvir olunub.

Umut Yıldız sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, rəsmin sahibi hələ tapılmayıb: "Ümid edirəm, həyatdasan. Rəsmin məndədir, quzum. Sənə vermək üçün saxlayacağam".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.