Türkiyə

Dağıntılar altında qalan qadın Haluk Leventə mesaj yazdı

6 Fevral 2023 20:08
Baxış: 1 524
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün səhər saatlarında Türkiyədə baş verən zəlzələ zamanı dağıntılar altında qalan qadın müğənni Haluk Leventə mesaj göndərib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı həmin xanımın şəklini sosial şəbəkə hesabında yayımlayıb. Aysel adlı qadın şəklini paylaşaraq "Məni xilas edin" sözlərini yazıb və ifaçını işarələyib.

Haluk isə onun sözlərinə "Əziz Aysel, telefonunuzun enerjisini bitirməyin. Köməyə gəlirlər" reaksiyasını verib. "Ahbap" dərnəyinin rəhbəri olan Levent özünün də yardım üçün əraziyə getdiyini vurğulayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.