Türkiyə

Dünənki terrorda türkiyəli aktyorun qızı və xanımı da həlak olub - FOTO

14 Noyabr 2022 16:32
Baxış: 6 048
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Noyabrın 13-ü İstanbulda baş verən terror aktında həlak olan 6 nəfərdən daha ikisinin şəxsiyyəti məlum olub.

Milli.Az qafqazinfoya istinadən xəbər verir ki, həlak olanlar arasında 38 yaşlı Arzu Özsoy və qızı 15 yaşlı Yağmur Uçar da olub.

Daha sonradan isə həmin şəxslərin türkiyəli aktyor Nurettin Uçarın həyat yoldaşı və qızı olduğu məlum olub.

Qeyd edək ki, Nurettin Uçar "Diriliş Ertuğrul", "Arıza", "Eşkiya dünyaya hükümdar olmaz", "Yasak elma", "Arka sokaklar" kimi məşhur seriallarda rol alıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.