Türkiyə

Ekoloqlar həyəcan təbili çalır: Bu gölün də səviyyəsi aşağı düşür - VİDEO

20 Oktyabr 2022 16:28
Baxış: 1 365
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin şərqində qlobal istiləşmənin təsiri altında Van gölündə suyun səviyyəsi aşağı düşür.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, prosesə yağıntıların azalması və buxarlanma kimi amillər təsir edir.

Dövlət Su İşləri Departamentinin nümayəndəsi Ayhan Şahna bildirib ki, Van gölü son illərdə quraqlıqdan ən çox zərər çəkən yerlərdən biridir.

O vurğulayıb ki, gölün ərazisi getdikcə daralır.

"Quraqlığın fəsadları təkcə bataqlıq ərazilərdə deyil, Van gölündə də müşahidə olunur. Son 10 ildə Van gölünün sahəsi təxminən 140 santimetr azalıb. Bu hadisə 1950-ci illərdən sonra da müşahidə olunub. Ümid edirik ki, quraqlıq yağışlarla əvəzlənəcək", - deyən Şahna kənd təsərrüfatında suvarma üçün suyun əhəmiyyətini vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.