Türkiyə

Türkiyədən qırğız və taciklərə çağırış

17 Sentyabr 2022 11:56
Baxış: 921
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qırğızıstan - Tacikistan sərhədindəki son hadisələri narahatlıqla izləyirik.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

"Biz Qırğızıstan-Tacikistan sərhədində baş verən son hadisələrdən narahatıq. Ümid edirik ki, iki dost və qardaş ölkə arasındakı bu gərginlik hər hansı bir kəskinləşməyə səbəb olmadan tez bir zamanda sona çatacaq və problemlər dialoqla sülh yolu ilə həll olunacaq", - deyə bildirilib.

Qeyd edək ki, son məlumata görə, Tacikistan tərəfinin Qırğızıstan ərazisini atəşə tutması nəticəsində 24 nəfər ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.