Türkiyə

Əvvəl arvadını, sonra xəstəxananın əməkdaşlarını döydü - VİDEO

11 Avqust 2022 15:52
0 Şərh     Baxış: 1 538
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Karaköprü rayonunda kişi evdə mübahisə zəminində həyat yoldaşına ağır xəsarətlər yetirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə yerinə gələn təcili tibbi yardım xidmətinin əməkdaşları qadını xəstəxanaya aparıblar.

Lakin hirsi soyumayan ər qohumları ilə birlikdə qadını təqib edərək onun müalicə üçün aparıldığı xəstəxanaya hücum çəkib.

Nəticədə xəstəxananın mühafizə xidməti və həkimlər qadını təqib edən kişi və onun qohumları ilə əlbəyaxa olublar.

Hadisə yerinə gələn polis iki nəfəri həbs edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.