Türkiyə

Qadın futbol klubunda kişilər oynayırlar - İDDİA

8 İyun 2022 10:30
0 Şərh     Baxış: 1 382
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Futbol Federasiyasının (TFF) 3-cü liqa qadın komandasında kişi oyunçuların olduğu iddia edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Ordunun "Rüsumat-4 Gənclər" komandası və " Adana 01" komandaları üz-üzə gəliblər.

Qarşılaşmada meydana çıxan iki futbolçunun daha əvvəl kişi şəxsiyyət vəsiqəsi üçün müraciət etdiyi və nəticəni gözlədiyi iddia edilib.

Ordu təmsilçisinin 2-0 hesabı ilə qalib gəldiyi qarşılaşmada Adananın futbol klubu rəqibinin iki kişi oyunçu ilə oynadığını əsas gətirərək Futbol İntizam Şurasına müraciət edib.

Hələ də çəhrayı kimliklərlə yaşayan hər iki futbolçunun kişi hormonlarının, hətta saqqallarının olduğu iddia edilib.

Həvəskar Futbol İntizam Şurasının haqlı hesab etdiyi etiraz TFF rəhbərliyi tərəfindən müzakirə edilərək qərar veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.