Türkiyə

Rusiya kimi, Türkiyə də bunu istəmir - Perinçək

17 May 2022 18:24
0 Şərh     Baxış: 976
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə NATO-nun rəsmi üzvü olsa da, əslində onun hədəfidir. NATO ölkələri və ilk növbədə, ABŞ Suriyada kürd separatçılarını dəstəkləyir. Bundan başqa, NATO çərçivəsində Aralıq dənizinin şərq hissəsində antitürk bloku yaradılır, Türkiyəyə qarşı hərbi dəniz təlimləri keçirilir. Ona görə də Türkiyə ilə NATO arasında ciddi problemlər var. Alyansın genişlənməsi Türkiyənin maraqlarına ziyan vurur.

Milli.Az xəbər verir ki, bu barədə axar.az-a açıqlamasında tarix elmləri doktoru, İstanbul Universitetinin və Lomonosov adına MDU-nun professoru Mehmet Perinçək Türkiyənin Finlandiya və İsveçin NATO blokuna daxil olmasına mənfi münasibətini şərh edərkən deyib.

"Ukraynada baş verənlərdən asılı olmayaraq, Qərbin Qara dənizdə fəaliyyət planı güclü ordusu və iqtisadiyyatı olan bütün Avrasiya ölkələrinə qarşı ümumi strategiyanın bir hissəsidir. Türkiyə, Rusiya, İran və Çin kimi ölkələr ABŞ-ın planlarına maneə törədir və Vaşinqton onları aradan qaldırmaq istəyir. Bu səbəbdən Türkiyə ilə Rusiya eyni cəbhədə dayanıblar. Bunu əsas tutaraq, Moskva və Ankara öz milli maraqlarını qorumaq üçün əməkdaşlıq etməlidirlər. Məsələyə Ankara tərəfindən baxsaq, Vaşinqtonun təhdidini yalnız ABŞ-ın təcavüzündən əziyyət çəkən digər Avropa ölkələri ilə əməkdaşlıq edərək tarazlaşdırmaq lazımdır. İlk növbədə Rusiya ilə. Bu baxımdan Ərdoğanın mövqeyi çox düzgün sərgilənib: NATO-nun genişlənməsi təkcə Moskvanın problemi deyil. Alyansın genişlənməsi regionda yeni münaqişələr yaradacaq və bütün regional ölkələr bundan əziyyət çəkəcək", - o qeyd edib.

Professorun sözlərinə görə, NATO ilə bu cür münaqişələr ucbatından Türkiyə alyansdan asılı olmayan müstəqil silah sisteminə ehtiyac duyur:

"Əlbəttə ki, Ankara hərbi texnologiyalar sahəsində inkişaf edir. Buna sübut "Altay" tankları, "Bayraqdar"lar, hərbi gəmilərdir... Hazırda ən əsas məqam hərbi texnikanın ölkədaxili istehsalının inkişaf etdirilməsidir. Amma bu, əlbəttə ki, vaxt tələb edən prosesdir. Bundan öncə Ankara Avrasiya ölkələri ilə Rusiya ilə bağladığı S-400 sövdələşməsi tipli müqavilələr bağlayaraq əməkdaşlıq etməlidir. Bununla da hazırkı daxili istehsal çatışmazlıqları kompensasiya ediləcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.