Türkiyə

Türkiyədə müalicə alan ukraynalı İslamı qəbul etdi

28 Aprel 2022 12:06
0 Şərh     Baxış: 1 190
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əskişəhər Şəhər Xəstəxanasında müalicə olunan ukraynalı Viktor Parxomenko kəlimeyi-şəhadət gətirərək müsəlman olub.

Dörd ildir ki, Türkiyədə yaşayan və xərçəng xəstəliyindən müalicə alan 62 yaşlı Parxomenko qızı Viktoriya Özkana müsəlman olmaq istədiyini deyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, xəstənin yaxınları bu xahişi əyalət müftiliyinə çatdırıblar.

Müfti Bəkir Gərəyin rəhbərliyi ilə Qədr gecəsində keçirilən dini mərasimdə Parxomenko şahidlərin iştirakı ilə İslamı qəbul edib. Onun yeni adı isə müqəddəs gecənin şərəfinə Qədir olub.

Müfti ukraynalıya Qurani-Kərim və dini şəhadətnamə təqdim edib.

Qeyd edək ki, Paxomenkonun qızı Viktoriya Özkan da 10 il əvvəl müsəlman olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.