Türkiyə

"Saçlarımı qırxanda, gözlərimi bağladılar"

30 Dekabr 2021 16:36
1 Şərh     Baxış: 927
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Süd vəzi xərçəngindən əziyyət çəkən aktrisa Canan Ergüder kimyaterapiyadan sonra sağaldığını açıqlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, saçlarını itirən sənətçi yaşadığı çətin günlərdən danışıb. "İndi hər şey yaxşıdır, amma altı ay sonra nə olacaq bilmirəm" deyə, Ergüder söyləyib.

"Saçlarımı itirən zaman özümü bu qədər saçlarıma görə sevdiyimi bilmirdim. İlk parik sınağında başa yapışdırılanlardan aldım. Başıma yaxınlaşdırılanda nəfəs ala bilmirdim. Panik atak yaşadım. Keçəl halımı heç görmədim. Üzümə pərdə çəkdilər və mən güzgüyə baxmadım. Mənim üçün çətin an idi. Bir həftə sonra parik baxımına gedəndə gördüm. Başımın formasını çox bəyəndim, bu qədərini gözləmirdim" deyə, o, əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.