İdman

Rusiyalı gimnastlar Bakıda keçirilən DÇ-də çoxnövçülükdə qızıl medal qazanıblar

21 Noyabr 2021 18:42
Baxış: 276

Rusiya komandası Bakıda keçirilən Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatının çoxnövçülük üzrə komanda yarışlarında qızıl medal qazanıblar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ikinci yeri ABŞ komandası, üçüncü yeri isə Böyük Britaniya komandası tutub.

Qeyd edək ki, Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatı noyabrın 18-dən 21-dək keçirilir. Yarışda 33 ölkədən 300-dək gimnast iştirak edir.

Azərbaycan gimnastı Mixail Malkin çempionatın tamblinq proqramında gümüş medal qazanıb.

Milli.Az

35 000 AZN-dək krediti ONLAYN sifariş et!

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.