İdman

İrina Zaretska ikinci dəfə dünya çempionu oldu

20 Noyabr 2021 19:32
0 Şərh     Baxış: 930
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

BƏƏ-nin Dubay şəhərində keçirilən karate üzrə dünya çempionatında həlledici döyüşlər davam edir.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Azərbaycan karate yığması ilk qızıl medalını qazanıb.

Bu uğura İrina Zaretska imza atıb. Milliləşən ukraynalı 68 kq çəki dərəcəsində çempion olub.

O, yığmamız üçün yeganə finalda Silviya Semeraro ilə qarşılaşıb. İtaliyalı rəqibi üzərində qələbə qazanan İrina karyerasında ikinci dəfə dünya çempionu adına yiyələnib.

Qeyd edək ki, bu, millinin Dubayda ikinci medaldır. Asiman Qurbanlı +84 kq çəki dərəcəsində bürünc mükafat əldə edib. Medal şansını qoruyan kişilərdən ibarət komandamız isə 3-cü yer uğrunda görüşdə Özbəkistanla üz-üzə gələcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.